Şərbətin insan orqanizminə faydaları
Tarix: 15-05-2018, 21:39 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Şərbət soyuq və ya isti halda içilən spirtsiz içkidir. Şərbətin hazırlanmasında su, bal, ədviyyatlar və ya müxtəlif dərman bitkilərindən istifadə edilir. Adətən şərbət balın və bitki dəmləməsinin suda həll olunmasından hazırlanır. Şərbətin hazırlanma tarixi qədim zamanlara gedib çatır. X - XI əsrlərdə şərbət isti halda içilib. O zamanlar şərbət ev şəraitində hazırlanıb, bazarlarda, yarmarkalarda və əhalinin çox toplaşdığı yerlərdə satılıb. Şərbətin hazırlanması zamanı ətirli və müalicəvi bitkilərdən( reyhan, şalfey, qızılgül, nanə, zəncəfil və s.) istifadə edilir. Ən qədim şərbət isə ball şərbəti hesab edilir. Onu tək və ya qarışım şəklində içmək mümkündür. XX əsrə qədər MDB məkanında yaşayan insanlar içki vasitəsi kimi əsasən şərbətdən istifadə ediblər. Sonralar isə şərbətin yerini çay və ya kofe tutub.
Şərbət dəmləmə və ya qaynadılma üsulu ilə hazırlanır. Onu hazırlayan zaman bəzi qaydalara əməl olunmalıdır.
* Şərbət şirli və ya şüşə qabda hazırlanmalıdır.
* Qaynadılan şərbətin üzərinə yığılan köpük mütləq yığılmalıdır.
* Süfrəyə verilməzdən əvvəl mütləq süzülməli və tərkibindəkilər xaric olunmalıdır.
* Dəmləmə üsulu ilə hazırlanan şərbət ən azı 30 dəqiqə saxlanılmalıdır. Bu zaman ona əlavə olunan ədviyyatların qoxusu maksimum dərəcədə şərbətə çıxır. Bu üsulla hazırlanan şərbəti sərin yerdə 2-3 gün saxlamaq mümkündür. Dadlandırmaq üçün şərbətə dadlı və ətirli giləmeyvələr əlavə etmək mümkündür.
Şərbətin faydalı xüsusiyyətləri
İsti şərbət əsasən qış aylarında içilir. İsti şərbət orqanizmə qızdırıcı, müalicəvi, iltihab əleyhinə və immun sistenmi yüksəldici təsir bağışlayır. Zəifldikdə, xəstəliklərdən və əməliyyatlardan sonra isti şərbət içmək şox faydalıdır. İsti yay günlərində isə soyuq şərbət içmək susuzluğu aradan qaldırır. Orqanizmə ən yaxşı təsir bağışlayan şərbət tərkibində bal olan şərbətdir. Ballı şətbətin tərkibi vitanmin və minerallarla zəngin olur. Ballı şərbət orqanizmi tonuslandlırır, fiziki və zehni gücü bərpa edir. Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə də az miqdarda bal şərbəti içməyin zərərsiz olduğunu söyləyir. Anemiya, həzmsizlik, bağırsağın normal işləməsi, qəbizlik, ürək-damar, dəri xəstəlikləri zamanı ballı şərbət içmək çox faydalıdır. Zəncəfil, darçın, mixək və müalicəvi dərman bitkiləri ilə hazırlanmış şərbət orqanizmə müalicəvi təsir bağışlayır.
Şərbətin zərərli xüsusiyyətləri
Bala və ya tərkibindəkilərə qarşı allergiyası oilanlara şərbət içmək məsləhət görülmür. Bu udmanın çətinləşməsinə və ağ ciyərdə şişkinliyin əmələ gəlməsinə səbəb olur. Artıq çəkidən əziyyət çəkənlərə çoxlu miqdarda şərbət içmək məsləhət görülmür.
4448 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Bölməyə aid digər xəbərlər
25-08-2016, 22:21
UEFA Avropa Liqası: “Qarabağ”-“Höteborq” - 2:0 (YENİLƏNİR)
15-01-2017, 16:00
Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcək - ADLAR
27-02-2016, 11:45
Qadını kimsəsiz yerə apardı, təcavüz etdi
3-09-2016, 20:20
Tanınmış reper Ramil Nabrandan yeni track
26-06-2018, 23:37
“WhatsApp”da yeni funksiya
12-07-2016, 20:26
ATV-nin aparıcısının körpəsi ilə İLK FOTOSU
31-08-2017, 16:12
Saçların gözəlliyi üçün çörək maskası. ƏLA NƏTİCƏ!
13-12-2015, 19:14
Gömrükdən Yeni il əməliyyatı (FOTO)
1-12-2015, 10:12
Bu vitaminin azlığı döş xərçənginə yol açır - TƏHLÜKƏ
11-04-2017, 12:09
İki məşhur aparıcı əlbəyaxa dava etdi
1-12-2015, 10:02
Nardaran sakinləri yolu bağladılar
9-11-2015, 15:46
Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı
5-05-2017, 20:59
Həyat yoldaşını dahiyə çevirən 8 qadın - FOTOLAR
{sape_links}{sape_article}