Paytaxtda tıxac var -Bu küçə və prospektlər bağlandı (SİYAHI)
Tarix: 23-04-2018 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səhər saatalrından başlayaraq paytaxtın küçələrində tıxac müşahidə olunur. Trend-in məlumatına görə, səbəb Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilməsi ilə bağlıdır.
Daha öncə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda tədbir tam başa çatana qədər davam edəcək.
Qeyd edək ki, yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkət tövsiyə olunur.
Xəbəri paylaş
1 0918 dəfə oxunub.
Digər xəbərlər

10-05-2022, 11:35
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
20-04-2016, 22:21
Kişilərin çoxu öpüşərkən belə edir – QADINLAR OXUSUN
14-03-2016, 11:23
Qazaxda amansız qətl
8-02-2020, 15:12
Çavuşoğlundan “Dostluq” ordeni ilə bağlı paylaşım - FOTO
10-05-2016, 16:21
Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
4-08-2023, 11:23
''Alt dodağından kəsib cinsiyyət orqanına qoydu''-Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı oldu
10-01-2017, 20:15
Başına boru düşən məktəbli Bakıya gətirildi
23-04-2018, 10:14
Rövşən Rzayev deputat mandatından məhrum ediləcək
23-12-2015, 19:49
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb