Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
Tarix: 10-05-2016 | Saat: 16:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
Mayın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi Dövlət İnformasiya Agentliyində, eləcə də Bəhreynin və Fələstinin xəbər portallarında “Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin doğum gününü təntənəli şəkildə qeyd edir” sərlövhəli məqalələr yayılıb.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTac-a bildiriblər ki, məqalələrdə Heydər Əliyevin həm sovet dönəmində hakimiyyətdə olduğu vaxtda, həm də müstəqilliyin ilk illərində Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəni xaosdan qurtardığı, məhz həmin səbəbə görə də bu dahi şəxsiyyətin xalqın ümummilli lideri və ulu öndərinə çevrildiyi oxucuların diqqətinə çatdırılır. Ümummilli Liderin bu dünyanı tərk etməsinə baxmayaraq, Azərbaycan xalqının onun xatirəsini əziz tutduğu, hər il mayın 10-da Ulu Öndərin doğum gününün təntənəli şəkildə qeyd olunduğu diqqətə çatdırılır.

Məqalələrdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Heydər Əliyevin həyatı və SSRİ dövründəki peşəkar fəaliyyətinə, müstəqilliyimizin ilk və ağır illərinə toxunulur. Vurğulanır ki, SSRİ dövründə zəngin və mərkəzdən dotasiya almayan iki respublikadan biri olmuş Azərbaycan müstəqilliyinin ilk illərində son dərəcə mürəkkəb və gələcəyi qaranlıq ictimai-siyasi və iqtisadi vəziyyətlə üzləşib. Məhz Ümummilli Liderin vətənpərvərliyi, xalqa hədsiz sədaqəti, habelə zəngin təcrübəsi sayəsində ölkəmiz demokratiya yoluna qədəm qoyaraq siyasi, ictimai və iqtisadi islahatlar vasitəsilə parlaq gələcəyə qovuşub, qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin icra olunduğu məkana çevrilib.

Ordu quruculuğuna gəlincə, məqalələrdə həqiqi Ali Baş Komandan keyfiyyətlərini də özündə ehtiva edən Ulu Öndərin pərakəndə olan milli ordunun vahid mərkəzdə cəmləşdirməyi bacardığı vurğulanır.

Azərbaycanın xarici siyasət kursu ilə bağlı bölmədə oxucuların diqqətinə çatdırılır ki, məhz Heydər Əliyev ölkəmizin Avratlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrin, İslam və ərəb dünyası ilə tarixi əlaqələrin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır. Bu xüsusda, BƏƏ-nin Dövlət İnformasiya Agentliyinin məlumatında, həmçinin Heydər Əliyevin 1994-cü ildə o vaxtkı İslam Konfransı Təşkilatının Kasablanka Zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşünün iki ölkə əlaqələrinin inkişaf istiqamətlərini müəyyən etdiyi vurğulanır. Həmçinin bu əlaqələrin bu gün Prezident İlham Əliyev və Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılır.

Daha sonra məqalələrdə Heydər Əliyevin cızdığı müdrik kurs üzərində sabit dayanan müasir Azərbaycanda bu gün misli görünməmiş dinamik inkişafın baş verdiyi, Prezident İlham Əliyevin hikmətlə davam etdirdiyi həmin kurs sayəsində ölkəmizin regional liderə və beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevrildiyi qeyd edilir. Məhz Ümummilli Liderin müəyyənləşdirdiyi enerji və nəqliyyat strategiyasının TAP kimi yeni qlobal enerji layihəsinin, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin və “Böyük İpək yolu” layihəsinin gündəmə gətirdiyinə diqqət çəkilir.

Ölkəmizdə mədəniyyət və idmana dövlət qayğısının təhlili əsnasında məlumat verilir ki, respublikamız “Eurovision”, ilk Avropa Oyunları kimi mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib və cari ilin iyununda Formula 1 üzrə Avropa Qran-prisinə, 2017-cü ildə isə möhtəşəm İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Məqalələrin yekununda xüsusilə qeyd edilir ki, Heydər Əliyevin vəfatından 13 il keçməsinə baxmayaraq, onun yaradıcı ideyaları öz bəhrəsini verməkdədir. Paralel olaraq, Heydər Əliyevin irsini yetişən nəsillərə çatdırmaqla yanaşı, humanitar, mədəniyyət və təhsil sahələrində layihələrin icrası vasitəsilə Heydər Əliyev şəxsiyyətinin həm ölkə daxilində, həm də dünya miqyasında daha da geniş tanıdılması işində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uğurla fəaliyyət göstərir.



3178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___