Seçicilərin 86,02 faizi İlham Əliyevə səs verib-Yekun Nəticə
Tarix: 15-04-2018 | Saat: 13:10
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.
Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Resüpublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12% səs toplayıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Xəbəri paylaş
8058 dəfə oxunub.
Digər xəbərlər

25-01-2022, 16:19
Bakıda uşağını görməyə getdi, boşadığı arvadının məşuqu döyüb öldürdü
21-06-2016, 17:03
Magistr və doktorantlar əsgər getməyəcək - Prezident təsdiqlədi
13-04-2016, 14:48
Müsəlman miqrantlar kütəvi şəkildə dinini dəyişir
19-01-2018, 14:30
Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ – DİQQƏTLİ OLUN
28-08-2015, 18:31
Qızıma deyirmiş sənin gözlərini çıxaracağam ki, oxumayasan
29-11-2021, 13:50
58 yaşlı Hülya açıq-saçıq geyimdə səhnəyə çıxdı - FOTO
13-05-2015, 16:34
Bakı 2015 I Avropa Oyunlarının startına 30 gün qalıb
19-12-2018, 10:18
Bakıda Şaxta baba və Qar qız olmaq üçün RÜSUM açıqlandı
21-08-2015, 16:48
Qızılın qiyməti yüksəldi