Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda uşağını görməyə getdi, boşadığı arvadının məşuqu döyüb öldürdü
Tarix: 25-01-2022 | Saat: 16:19
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakının Sabunçu rayonu ərazisində bel ilə döyülərək xəsarət alan kişi xəstəxanada ölüb.
Xeberaz.az xəbər verir ki, 4 gün bundan öncə Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında 1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu döyülərək xəsarət almışdı.
Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Ölən R.Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa verilib.
Qeyd edək ki, yanvar 20-də axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Xəbəri paylaş

3138 dəfə oxunub.

Digər xəbərlər
6-05-2016, 20:29 TQDK imtahan keçirəcək

bütün xəbərlər
____ Instagram ___