Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polisə müqavimət göstərən zərərsizləşdirildi - DİN
Tarix: 26-03-2018 | Saat: 16:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polisə müqavimət göstərən zərərsizləşdirildi - DİN
Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A. Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb, hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyənləşib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Əliyevin paytaxtın N. Nərimanov rayonu ərazisində gizləndiyi müəyyənləşib və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.
Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z. Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.
Sponsor-@sevimli.magazam (saat mağazısı)


Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___