Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DSX 11,9 kq narkotik vasitənin qaçaqmal yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
Tarix: 22-03-2018 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

dsx 11 9 kq narkotik vasitenin qacaqmal yolu ile olkeye getirilmesinin qarsisini alib

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd su­­la­rına daxil olması müəyyən edil­ib.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.
 
Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azər­baycan Respublika­sı­na mən­sub böl­mə­sini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nöm­­­­­­rəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzv­lə­r­inin – Astara ra­yon Şah­ağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quli­yev Seymur Mir­zəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olun­ub.
 
Həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlə­ri­nin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətir­ilmə­sin­də iştirakları müəyyən edilib.
 
Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Sponsor-@sevimli.magazam (saat mağazısı)




Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___