Havalar kəskin dəyişəcək- XƏBƏRDARLIQ
Tarix: 26-09-2017 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, temperaturun aşağı enəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Nazirlik həmçinin hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında sentyabrın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Xəbəri paylaş
1 0838 dəfə oxunub.
Digər xəbərlər

31-07-2015, 14:44
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
19-08-2021, 14:52
Arif Qasımovdan xəbər var – Yeni bina tikir, payçısı olduğu “Park City” vergi borclarını hələ də verə bilmir
15-03-2018, 16:28
Bakıda 16 yaşlı qız itkin düşüb
30-03-2017, 21:55
“Rəqs edən milyonçu” Bakıya gəlir
17-04-2017, 17:05
Evdən çıxarkən uşağınızla sağollaşın, yoxsa... – PSİXOLOQ RƏYİ
30-07-2022, 23:53
İnsanların Küllü miqdarda pulları Mənimsənilir.Söhbət Milyonlardan gedir
17-05-2016, 22:48
Rusiya və Türkiyə nazirləri arasında gərgin dialoq
17-07-2018, 14:08
İranda instaqram əməliyyatı: 46 həbs...
22-05-2015, 18:48
Elnur sabah finalda 24-cü çıxış edəcək - SİYAHI