Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan və Türkiyə arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Tarix: 05-02-2018 | Saat: 19:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Türkiyə arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Təhsil Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.
Anlaşma Memorandumu 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.
Dövlətimizin başçısı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu və Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.



3078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___