Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı İcra Hakimiyyəti başçıları yola salınmalıdır?-Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə...
Tarix: 25-01-2018 | Saat: 15:09
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər


Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev açıqlama ilə çıxış etdi.O, Apellyasiya Şurasına göndərilən şikayətlərə dair bildirdi ki, sahibkarların hüquqlarının pozulması, onların müraciətlərinə laqeyid münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.


Digər tərəfdən, sərmayə qoyuluşunu təmin edə bilməyən rayon və şəhər İcra  Hakimiyyəti başçıları ilə vidalaşılacağına dair informasiyalar da uzun müddətdir KİV-in gündəmini  zəbt edib. 
Əslində bu cür icra başçılarının nöqsanı təkcə sərmayə qoyuluşunu təşkil edə bilməmələri ilə bağlı deyil.Belə ki,büdcə vəsaitinin talanması,yaşıllıqların məhv edilməsi, ümumi görnüşə xələl gətirən tikintilərə sərəncamların verilməsi və s. qanunsuzluqlarla bağlı saysız-hesabsız faktları misal gətirmək olar.
Çünki, dəfərlərlə Azərbaycan Hesablama Palatasının yoxlamasından sonra şəhər-rayon icra hakimiyyətlərində büdcə vəsaitlərinin mənimsənilməsinə, talanmasına dair məlumatları saytlar  dərc edib. Həmin faktlar bir daha sübut edir ki, hazırkı rayon İcra Hakimiyyəti başçılarının ən azı yarısını işdən kənarlaşdırmaq qaçılmazdır.Hazırkı şəraitdə yeni iş yerlərinin açılması, rayonlara investisiya qoyulması  üçün iş adamlarının cəlb edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstəyin verilməsi bu şəxslərin işi deyil.
Hazırkı icra başçılarının müəyyən kəsim ziyalı təbəqəsi istisna olmaqla, mütləq əksəriyyəti  ilə vidalaşılmalıdır. Onlar dövlət büdcəsinə yükdür, sahibkarlığın inkişafına maneədir, əməlləri narazılıq yaratmaq fonunda narahatçılıq yaratmaqdan başqa bir şey deyildir. Bir sözlə, əməlləri hələ də 2007-ci il tarixindən əvvələ torpaq satmağa,yaşıllıqları məhv etməyə hesablanan, qanunsuz tikintilərə sərəncam verməkdən o yana keçməyən kəslər növbəti illərdə də dövlət vəsaitlərinin xərclənməsini şəffaf həyata keçirməyəcəklər.
Əgər bir icra başçısı Kolumbiya bayrağını erməni bayrağı ilə səhv salaraq,onun lazımsız və yerində olmayan hərəkətinin dövlətlərarası münasibətlərə xələl gətirə biləcək tərəflərini anlamırsa,beləsilə işləməyin nə anlamı var? Bu cür şəxslər xalqımıza, dövlətimizə, onun  iqtisadiyyatına nə fayda verə bilər ki? Hətta,bəzi icra başçıları və müavinləri min metrlərlə su və qaz borularını doğratdırıb satmağı da qənimət bilirsə,belələri regionların sosial-iqtisadi inkişafı naminə nə edə bilərlər? Eləcə də  onlarla rayon icra başçıları haradan anlaya biləydilər ki,vaxtilə fəaliyyətlərinə mane olub, ölkədən qaçırdıqları minlərlə sahibkar 10 il bundan qabaq sahibkarlığın beşik həyatı hesab edilsəydi, bu gün onlar dövlət iqtisadiyyatı ilə birləşəndə Azərbaycanın iqtisadi qüdrəti artacaqdı.
İş- gücləri rayonlarda sahibkarlardan pul yığmağa, özlərinə isə obyektlər açmağa hesablanan belə nəsnələr yəqin ki, vətəndaşları qəbul edib onların problemlərinə biganə yanaşmasaydılar, bu gün rayonlarda bu qədər işsizlik olmazdı. Bir balaca düşünsəydilər bilərdilər ki, tapdaladıqları “qırmızı xətt” birbaşa onlara etimad göstərən şəxs(lər)in əleyhinə işləyəcək. Ömrü boyu bir dəfə mütaliə etməyən bir çox icra başçıları əlbəttə, düşünə bilməzdilər ki, sərt, anlaşılmaz rəhbər mövqeyi vətəndaşları potensial narazılar ordusuna yönəltməkdir, siyasi hakimiyyətə zərbədir, əks düşərgəyə xidmətdir.
Bəlkə də, icra başçılarının qanunsuz əməllərini detallı şəkildə bildiyindən irəli gəlirdi ki, millət vəkili Adil Əliyev ona ünvanlanan “Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz?” sualına cavab olaraq, “İlk əvvəl qanunları həddən artıq sərtləşdirər, edam cəzası tətbiq edərdim” demişdi. Hətta, irəli gedərək “Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim” fikrini bildirmişdi.
Əslində,Adil Əliyevin bu qənaətə gəlməsi onun aqressivliyindən deyil,real vəziyyəti çılpaqlığı ilə dərk etməsindən irəli gəlmişdi.Təəssüf ki, millət vəkili ilə həmrəy olanların sayı kifayət qədər çoxdur.
Fuad İsgəndərov
(faktinfo.az)



7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___