Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib
Tarix: 23-01-2018 | Saat: 12:46
Bölmə:Karusel / Araşdırma | çapa göndər
Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub.
“Protokolların 33,1 %-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4 %-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2 %-i dayanma və ya durma qaydalarının pozulması, 7,6 %-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4 %-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub”, - DSK-nın cavabında qeyd olunub. (Report)
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

13-12-2021, 03:31
Ağstafadan gəlib ƏƏSMN qarşısında narazılıq etmək istəyənlər var
9-04-2018, 10:38
Samuxda 9 yaşlı şagird kanalda batdı
23-10-2016, 02:23
“Bu, çox sanballı və dəyərli bir sənəddir” - İlham Əliyev
3-03-2016, 12:03
Azərbaycanda məşhurların biznesi çökür
12-08-2023, 09:27
Ələtdə dənizdə 2 nəfər batdı - 1-i son anda xilas edildi
28-12-2021, 08:30
Bərdədə "MAXE"-ni maşın vurdu - vəziyyəti ağırdır
8-04-2015, 13:18
Ailədə Qadının Vəzifələri.Gənclər mütləq dinləsinə
27-04-2017, 18:46
Bakıda qısamüddətli görüşlər üçün "Tanışlıq Klubu" yaradıldı