Goranboyda marketə hücum- 1 ölü, 4 yaralı - TƏFƏRRÜAT
Tarix: 06-01-2018 | Saat: 13:07
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
***
Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, rayonun Dəliməmmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri - Dəliməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.
İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
8148 dəfə oxunub.
Digər xəbərlər

20-04-2019, 22:51
Rusiya Tartusu 49 illik icarəyə götürür
31-05-2016, 13:39
Bu dəfə "Futbol himni" yazdılar – fotolar
15-12-2018, 16:56
"Sərxan sizə kişiliyini sübut edər"
25-03-2016, 11:41
Dolların bu günə olan məzənnəsi
20-10-2021, 16:21
Azərbaycanda yüksək vəzifəli şəxsin tutulmasının əməliyyat görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO
19-04-2018, 12:20
ATV-nin aparıcısına vəzifə verildi
20-06-2021, 13:05
"O səs Türkiyə" münsifin ön planda olduğu şoudur"
2-04-2016, 13:38
Rəsmi Rusiyadan cəbhədəki gərginliyə - İlk reaksiya