Bu il doğuş zamanı 20 ana ölüb–4 həkim işdən çıxarılıb
Tarix: 26-12-2017 | Saat: 13:20
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanda bu il ərzində 20 ana ölümü faktı qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ana ölümü halları azalıb: “Bundan öncəli illərdə 45, 35, 27, 22 ana ölümü qeydə alınırdısa, bu il cəmi 20 ölüm hadisəsi olub. Bu faktların hər biri təhlil olunub və müvafiq tədbirlər görülüb, işçilər inzibati məsuliyyətə cəlb olunub”.
S.Məmmədova qeyd edib ki, ana ölümü ilə əlaqədar 4 həkim işdən çıxarılıb: “Ana ölümlərinə görə, 4 həkim tutduğu vəzifədən azad olunub. 40-a yaxın əməkdaşa (bunların içərisində həkimlər, terapevtlər, can həkimləri, anestizioloq var) sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.
Qeyd edim ki, 30-dan artıq tibb işçisinə töhmət verilib. 20-ə yaxın əməkdaşa - həkim, mamaçaya xəbərdarlıq olunub və Doğuşayardım Komissiyasının qərarı ilə ixtisasartırma kurslarına göndərişlər edilib”.
Direktor vurğulayıb ki, ana ölümlərinə görə, bütün səhvi həkimlərin üzərinə atmaq yolverilməzdir: “ Həkim oxuyur, bilir və bütün bildiklərini hər bir xəstəyə tətbiq edir. Əgər xəstə problemlidirsə, həkim oxuduğunu, bildiyini beş qat artıq tətbiq edəcək ki, ona kömək etsin. Hansı həkim istəyər ki, əlində kimsə ölsün və ya sağlamlığına ziyan gəlsin. Sadəcə xəstə elə ağır vəziyyətdə daxil olur, antenatal qulluğu zəif olur ki, niyə və nə üçün həkimə gəlməməsi barədə min dənə bəhanə tapırlar”.(azvision)
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

31-01-2017, 20:07
Bakıda arvadını deşik-deşik edən şəxs: "Şərikimi otağında gördüm... məni bəyənmirdi" - DOSYE
5-03-2016, 12:24
Nikaha daxil olmaq istəyən cütlüklər Hepatitin bütün növlərinə görə müayinədən keçəcəklər - RƏSMİ AÇIQLAMA
17-02-2017, 22:02
Bakı-Sumqayıt yolunda qəza: avtomobil qəfildən aşdı — VİDEO
12-01-2017, 17:52
Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub
22-09-2023, 14:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
29-08-2022, 02:15
ERMƏNİ Qalstanyan: "Heç kim bizi qorxuda bilməz: nə yumruqla, nə dünya qüvvələri ilə, nə də böyük dövlətlərlə"
1-01-2017, 18:38
Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər…
1-02-2016, 17:54
“Hyundai”ın satışları kəskin azaldı
26-11-2018, 16:52
“İlham Əliyev mətbuatı şəxsən izləyir” - Solovyov
13-09-2020, 17:51
“Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq” - Nazir