Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İlham Əliyev mətbuatı şəxsən izləyir” - Solovyov
Tarix: 26-11-2018 | Saat: 16:52
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.

Vladimir Solovyov Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənlərdən çox ətraflı məlumatlı olduğunu söyləyib. O, Prezident İlham Əliyevin söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkdiyini bildirərək deyib: 

"Hiss edirdim ki, Prezident gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, Prezident İlham Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində dövlət başçısının bu cür materialları izləməklə problemi olmur”.

Rusiya Jurnalistlər İttifaqının sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var. Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun.
(AZƏRTAC)


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___