"AGBank" da bağlanır?
Tarix: 26-12-2017 | Saat: 10:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

"AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin bağlanma ehtimalı yüksək olan bankların sırasında rəhbərlik etdiyi qurumun adını çəkməsinə münasibət bildirib.
"APA-Economics" xəbər verir ki, Ə.Cəlilov bu informasiyaların şayiədən ibarət olduğunu qeyd edərək, ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.
İdarə Heyətinin sədri vurğulayıb ki, bank nəinki bağlanacaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı, bir sıra innovativ layihələr də həyata keçirəcək: "Biz hər kəsi - ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırkı fəaliyyəti ilə tanış ola bilərlər. Bankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Hazırda müştərimizin sayı 320 mindən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Bankın ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. "AGBank" tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11,3 mln. manat məbləğində ipoteka krediti verilib".
3468 dəfə oxunub.
Digər xəbərlər

27-04-2017, 20:47
Səhv salıb öz klubunun azarkeşini döydü-FOTO
23-03-2017, 14:17
DİN-dən dəhşətli qətllə bağlı açıqlama
6-04-2017, 16:41
Musa Musayev efirdə huşunu itirdi - Video
25-04-2019, 12:44
“Anasını evində xidmətçi kimi işlədir” - Sevdanın ögey atası
17-01-2016, 14:01
Bu yaşdakı oğlanlara vacib - Məsləhətlər
17-01-2018, 20:19
Sürücülərə şad xəbər: Cərimələr silindi
17-08-2017, 16:46
Qurban bayramı namazının vaxtı açıqlandı
16-07-2017, 15:26
"Ərə getməyimə reklam kimi baxanlar..." - Natavan toyu haqda
9-09-2017, 11:01
Abid Şərifov qəzəbləndi: “Onu deyən qələt edir!”