Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir bank çökdü - Əməliyyatlar dayandırıldı
Tarix: 15-12-2017 | Saat: 10:24
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb. 
Xəbəraz.Az fed.az-a istinadən xəbər verir ki, bu hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan "Dəmirbank"dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.
"Dəmirbank"ın özündən bankın "oflayn" rejimə keçməsini təsdiqləsələr də, səbəblərini izah etməkdə çətinlik çəkiblər. Bankın nümaynədəsi Tofiq Ağayev sayta əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah etməyib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edib. 
Bununla yanaşı, qeyd edək ki, vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan "Dəmirbank" hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil.
Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır.



3428 dəfə oxunub.

Digər xəbərlər
19-03-2018, 18:22 Bayramda hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___