Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR rəsmisi: "O villanı hədiyyə edərəm" (EKSKLÜZİV) (VİDEO)
Tarix: 26-01-2016 | Saat: 00:41
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

SOCAR rəsmisi: "O villanı hədiyyə edərəm" (EKSKLÜZİV) (VİDEO)
Azərbaycan Dövlət Neft Şirkətinin əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyev ANS-in studiyasında onun haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

- Bütün bu baş verənlərin səbəbi nədir? Ümumiyyətlə mülkün sahibi həqiqətən də sizin həyat yoldaşınız Könül Mehdiyevadır?

– Dünəndən etibarən kütləvi informasiya vasitələrində Türkiyədə mənim həyat yoldaşım Könül Mehdiyevanın adından 20 milyon dəyərində 16 villanın alınması ilə əlaqədar məlumatlar yayılır. Bəyan edirəm ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunun heç bir əsası yoxdur. Bu mənə və ailəmə, eləcə də işlədiyim qurumun kollektivinə qarşı işlənilmış çox çirkin bir iftiradır. Əlimdə bunu sübut edə biləcək yetəri qədər əsalarım var. İndi onlardan bəzilərini cəmiyyətin diqqətinə təqdim edəcəm.

Məsələn, saytlarda əlavə olaraq mülk sənədi (Tapu sənədi) təqdim olunub. Sənəddə Türkiyədəki bu villalar adətən şəhərciklərdə olur. Bu şəhərcikdə göstərilən 16 villanın birinin yarı payı mənə, yəni həyat yoldaşımın aldığı villadır. Bunun da dəyəri 200 min TL-dir. Bu da dollarla aşağı-yuxarı 60-70 min civarındadır. Məhz kütləvi informasiya vasitələri buna əsaslanaraq 20 milyon dollar dəyərində təqdim ediblər. Bu isə tam yanlış bir fikirdir.

Bundan başqa saytlarda bank əməliyyatları ilə bağlı guya həyat yoldaşımın fotosu yayımlanıb. Bu isə doğru deyil. Çünki fotodakı mənim həyat yoldaşım deyil. Bu fotonun mənim ailəmə heç bir aidiyyatı yoxdur. Tanımadığım bir şəxsin fotosudur. Fotoya diqqət etsəniz görərəsiniz ki, ayağında döyməsi olan, tərliklər geymiş və əlində 20 milyon tutmuş bir xanımdır. Həmin xanım mənim xanımım deyil. Bunu bizim milli mentalitetimizə uyğun olmayan çox çirkin bir əməl işlətmiş adamlar edib. Bu bir kimsəyə yaraşan bir şey deyil. Bu fotonu kütləvi informasiya vasitələri davamlı olaraq manşetə qoyaraq cəmiyyətə təqdim edirlər.

Bundan əlavə, saytlarda 16 villanın sxemini qoyublar. Bu sxemi isə “Google” axtarış sistemidən çıxarıblar. Bundan sonra 16 villanı xüsusi alaraq rəngləyib cəmiyyətə təqdim ediblər. Bu rəsmi əsası olmayan bir sənəddir. Burada 16 deyil, 50 villanı rəngləyib mənim adıma təqdim edə bilərlər. Bir daha bəyan edirəm ki, əgər bu sənəddən, yəni öncədə qeyd etdiyim "Tapu sənədindən" əlavə hər hansı villanın sənədini təqdim edənə o evi hədiyyə edirəm.

– Səhv etmirəmsə, burada söhbət 20 milyon dollardan gedir.

– Mən və həyat yoldaşım uzun illərdir ki, çalışırıq. Yoldaşım biznes fəaliyyəti ilə məşğuldur. Hesab edirəm ki, normal ailə üçün bu civarda mülkin alınması heç bir problem yaratmaz. Eyni zamanda onu da əlavə edə bilərəm ki, qeyd edilən tarixdə yoldaşım Türkiyədə olmayıb. Eləcə də bu sənədi yoldaşıma səndələşdirməyib. Bunu isə yoxlamaq o qədər də çətin deyil.

– Bu təzyiqlər nədən qaynaqlanır?

– Bu iftiraları yayan adamlarla bir zamanlar ailəvi dostluq münasibətlərimiz olub. Bizə gəlib-gedən adamlar idi. Bundan sonra bizə qarşı istifadə ediblər. Pul iddiası ilə bizə qarşı çıxıblar. Daha sonra adamlara bütün bu iddialarının hamısını mənim çalışdığım şirkətə qarşı yönəldiblər. Biz də buna qarşı almaq məqsədilə müəyyən tədbirlər görmüşük. Türkiyədə bununla bağlı araşdırma aparılıb və istədiyimiz nəticəni əldə etmişik. Bu gün həmin adamlar Azərbaycanda olan müstəqil yayım, informasiya azadlığından istifadə edərək Türkiyədə ala bilmədiklərin Azərbaycanda həyata keçirirlər. Onlar burada müxtəlif adamlardan çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Həm Azərbaycan, həm də Türkiyə hüquqi dövlətdir. Bu hüquqi dövlətdə hər kəs etdiyi əməlin cavabını verməlidir. İki gündür ki, mənim ailəmdə çox ciddi problemlər, sıxıntılar, psixoloji gərginlik yaşanır. Hesab edirəm ki, çox çirkin niyyətini həyata keçirən adamlar bunun cavabını verməlidir. Bununla bağlı lazımi tədbirlər görüləcək.


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___