Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Öskürəyi sağaldan, ürəyi və damarları möhkəmləndirən sehrli meyvə
Tarix: 06-12-2017 | Saat: 14:06
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_520_0_16777215_0___images_stories_SAGLAMQIDA_ezgil_fayda_3.jpeg
Tikanlı subtropik bitki olan əzgil qədim zamanlarda möcüzəli və sehrli ağac sayılırdı.
Məsələn, səyahətə çıxan dərvişlər özlərini bədbəxt hadisələrdən qorumaq üçün əzgil ağacından hazırlanmış əsa gəzdirirdilər. Ana olmağa hazırlaşanlar isə hamiləliyin uğurlu keçməsi üçün boyunlarına həmin ağacdan düzəldilmiş həmayil asarmışlar.
Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir. Azertag.az bildirir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək və damarları möhkəmləndirir, ürək ağrılarını yüngülləşdirir. Əzgil böyrəklər üçün olsuqca faydalıdır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır.
Əzgil orqanizmi ziyanlı maddələrdən, toksin və şlaklardan yaxşı təmizləyir.
Əzgil meyvəsi ağacdan dərilib bir müddət saxlanandan sonra yeyilir. Həmin müddətdə meyvə bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur.
Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir.
Son araşdırmalar göstərib ki, əzgildə olan bəzi maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı təsir göstərir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, onların qanamasını azaldır, ağızda iltihablara qarşı mübarizə aparır.
(saglamolun.az)


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
29-04-2016, 11:30 Bakıda ayı peyda oldu

bütün xəbərlər
____ Instagram ___