İvanka Tramp 15 yaşlı azərbaycanlı qızın ixtirasından danışdı
Tarix: 28-11-2017 | Saat: 18:17
Bölmə:Karusel / Maraqlı | çapa göndər
İvanka Tramp 15 yaşlı azərbaycanlı sahibkar qızın ixtirasını alqışlayır.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, prezident Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.
Xanım Tramp çıxışında deyib: "Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - "Hər dəfə bir evi işıqlandır." Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx."
Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq - cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.
ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımı təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər. ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərinin işıqlandırmaqdan məmnundur.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

10-04-2015, 00:57
Bakıda Tamara Kvisitadzenin fərdi sərgisi açılacaq.
22-07-2016, 15:29
Daha hansı banklar bağlanacaq? – Rəsmi
5-03-2020, 17:01
Murad Dadaşov Xəzər TV-də kollektivə təqdim edilir
20-06-2017, 13:16
"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin
24-11-2015, 11:59
“Samsung” Almaniya bazarından gedir
7-11-2020, 13:01
Paşinyan ailəsi erməniləri ələ saldı - Şok foto
6-04-2015, 14:17
Çılpaq model bədənindəki loqo ilə hamını şoka saldı - FOTO
13-06-2015, 13:21
Bakı-2015: Güləşçilər mübarizəyə başladılar – CANLI