Hacıbala Abutalıbov: Yanmış binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək
Tarix: 21-05-2015 | Saat: 20:51
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“Bakıda poliuretanla üzlənmiş 64 bina 10 gün ərzində söküləcək”.
Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.
Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, H. Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var.
H. Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcəyini deyən H. Abutalıbov qeyd edib ki, 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq: “Bu materialın yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə 6 manat məbləğində olan kimyəvi məhlulun vurulmamasıdır”.
H. Abutalıbov həmçinin sakinlərə Nazirlər Kabinetinin qərarını oxuyub. O bildirib ki, həmin binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək: “Dəymiş ziyanla bağlı bu binada kirayədə yaşayanlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”.
H. Abutalıbov üzlük materiallarına nəzarət edən mühəndislərin də saxlandığını bildirib: “Saxlanılanların məsələsinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək”.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 16:48
Həbib Misirov: - Dövlətimizin Memarı
4-12-2016, 14:56
Həyat yoldaşının telefonunu yoxlayan qadınları - Həbs gözləyir
13-03-2023, 12:51
Azərbaycanda işsizlər üçün şad xəbər - Ayda 345 AZN ala bilərsiniz...
18-05-2018, 14:28
Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ
24-07-2017, 10:42
Ermənilərin növbəti yalanı ilə bağlı - MN-dən açıqlama
18-04-2022, 09:39
Baş nazirdən VACİB QƏRAR: İşsizliyə görə pul almaq asanlaşdı - VİDEO
10-01-2017, 11:14
Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib
14-09-2016, 18:59
Azərbaycanda yeni Sənaye Parkı yaradılır - PUL AYRILDI