Dövlət Komissiyası: Əsgərimizin meyitinin qaytarılması üçün tədbirlər davam etdirilir
Tarix: 25-11-2017 | Saat: 16:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.
Komissiyadan APA-ya verilən məlumata görə, hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

19-01-2018, 13:25
Pensiya kartı üstündə arvadını bıçaqladı
7-01-2019, 11:30
Tükiyədə qız “yox” cavabı aldığı oğlanı güllələdi
23-08-2022, 11:41
Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?
8-12-2017, 13:07
Gəncədə 20 yaşlı oğlanı öldürdülər
13-05-2018, 14:13
"Bakı Marafonu 2018"-in qalibləri müəyyənləşdi
18-09-2017, 18:40
Sabirabadda iki oğlanın “xınayaxdı” DƏHŞƏTİ: qızı zorla maşına mindirdilər, sonra... - ŞOK TƏFƏRRÜAT
29-10-2016, 22:03
Büdcənin 0,6%-i cərimələrdən formalaşacaq
27-07-2016, 00:31
Maşın nömrələri ilə bağlı yenilik - Video
15-12-2015, 13:51
Toyuğu diri-diri yoldular VİDEO