Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pensiya kartı üstündə arvadını bıçaqladı
Tarix: 19-01-2018 | Saat: 13:25
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakı Ağır Cinayətlər Məhkəməsində 74 yaşlı İbadulla Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Tamila Nəsrullayeva sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmə kollegiyası İ.Mənsimovun 3 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 1 il 6 ay sınaq müddəti olmaqla şərti hesab edilib.
Qeyd edək ki, hadisə ötən il İbadulla Mənsimov həyat yoldaşı Tərgül Mənsimovanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
İttihama görə, səhhətində problem olan İ.Mənsimov arvadından pensiya kartını istəyib. Qadın da kartı ona vermədiyi üçün İ.Mənsimov bıçağa əl atıb.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olnub.
İstintaq dövründə İ.Mənsimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___