Bacısının başını kəsib azadlığa çıxan qızla bağlı YENİ MƏHKƏMƏ
Tarix: 13-11-2017 | Saat: 15:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yeni xəbər var.Prokuror Sabunçu məhkəməsinin P.Nuriyevanın barəsində verdiyi qərardan apellyasiya protesti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun icraatına verilib.
Proses noyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, qətl 2014-cü ilin oktyabr ayında Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.
P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Və beləliklə, P.Nuriyeva azadlığa çıxıb.
Xatırladaq ki, bacılarının atası Etibar Nuriyev Şəkidə tanınan biznesmendir.(lent.az)
Xəbəri paylaş
7688 dəfə oxunub.
Digər xəbərlər

28-01-2022, 11:42
Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər
5-05-2016, 10:51
Ziya Məmmədov daha bir quruma nəzarəti itirdi - Rəsmi
11-03-2016, 14:29
“Xaqani Məmmədov Azərbaycan futboluna ləkədi, ləkə”
6-12-2015, 15:50
Xoşbəxt Yusifzadə: Burada bir təxribat görmürəm
23-12-2022, 13:57
““Medical Plaza”da 4500 AZN alıb qan köçürdülər, qolu bu vəziyyətə düşdü” - Fotolar
18-01-2017, 14:23
"Reina" terrorçusu YALVARDI: "Məni öldürməyin" - QATİLİN ETİRAFLARI
20-06-2020, 16:52
Sahib Alıyev koronavirusa yoluxdu
5-05-2016, 13:23
Ərdoğan-Davudoğlu qarşıdurmasına görə türk lirəsi kəskin ucuzlaşdı
13-10-2016, 15:02
79 yaşlı sürücü səhv dönüb "Mercedes"i vurdu - VİDEO
20-06-2020, 15:02
“Qarabağ” qapalı mərasimdə mükafatlandırılacaq