"Tacirlə sevgili olmuşuq, bunu danmaq kişilik deyil" - Fədayə Laçın
Tarix: 05-10-2017 | Saat: 20:37
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
Müğənni Fədayə Laçın bir zamanlar duet ortağı olan Tacir Şahmalıoğlu ilə sevgili olmasını etiraf edib.
Xəbəraz.Az-ın məlumatına görə, sherg.az-a açıqlama verən ifaçı bu sözləri deyib:
"Tacir bununla nə deməyə çalışır? Bu söz-söhbəti mən yenidən gündəmə gətirmişəm? Onu narahat edirsə, danışmasın. O, verilişlərdə bu barədə danışır. Hansı ki, biz onunla bu gün də məclislərdə görüşəndə, restorana xaş yeməyə gedəndə normal ünsiyyətimiz var. Biz süfrə arxasında hamıyla oturub çörək yeyirik. Onda niyə mənə heç nə demir? Çəkilişlərə bir yerdə gedirik. Sonra nə baş verir, onu bilmirəm? Bilmirəm gündəmə gəlmək istəyir bu söz-söhbətlə? Ayıbdı.
İkincisi deyir ki, ailəsi var, belə söz-söhbət ona yaraşmır. Bu sözü mənə atır? O, əgər hörmətli, sözü keçən oğlan olsa, jurnalistə elə bir tonda deyər ki, nə şiş yanar, nə kabab. Məsələn, "bu barədə bir də mənə sual vermə”. Necə ki, mən deyirəm ki, "mənə bu barədə sual verməyin”. İndi qoçağın biri çıxıb onu danışdırıb, o da danışıb. Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Elə belə də yazın. Nə deyirəm yazın. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidi. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bığırırdı ki, sevirəm. Deyirdim a balam, belə reklam eləmə. Deyirdi ki, yox, sevirəm. Mən ondan küsən kimi "Xarı bülbül” restoranında yıxılırdı güllərin üstünə, ağlayırdı, oxumurdu.
Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki, hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları olurdu da. İndi illər ötüb, hərə öz işində, gücündədi. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.
Xəbəri paylaş
1 2078 dəfə oxunub.
Digər xəbərlər

29-06-2021, 11:39
Çox tərləyənlər üçün - Pis qoxunu aparan TƏBİİ VASİTƏLƏR
17-04-2017, 13:28
Ərinizin istədiklərinizi yerinə yetirməsi üçün BUNU EDİN!
24-10-2015, 15:06
Holly Hagan dərin sinə dekoltesi ilə - FOTO
14-05-2017, 11:28
Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMA DOLU HADİSƏ - FOTO
13-11-2016, 12:36
Bu gün andiçmədir
26-07-2019, 10:43
Bakıda ictimai çimərliklər yaradılır - PULSUZ OLACAQ
3-10-2017, 18:45
Azərbaycanlı müğənninin atası ömürlük azadlıqdan məhrum edildi - İKİ NƏFƏRİ ÖLDÜRMÜŞDÜ
16-06-2016, 15:43
127 məzarın GPS koordinatı hazırlandı - Hərbi