“Azərişıq” gücləndirilmiş rejimə keçdi
Tarix: 28-09-2017 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
T.Mustafayevin bildirdiyinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşaiyət olunan qar və sulu qarın yağmasına baxmayaraq elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb. O cümlədən Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.
“Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq “Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda da bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”-ASC rəsmisi deyib.
Tanrıverdi Mustafayev əlavə edib ki, “Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülüb.
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

29-06-2018, 14:58
“O yerlərdə ət kəsimi və satışı yığışdırılacaq” – Agentlik rəhbəri
14-12-2015, 15:35
Sevinc İbrahimova dəm qazının qurbanı oldu (FOTO)
28-03-2017, 20:42
BDU müəllimlərinin yaşadığı binada yanğın söndürüldü - HADİSƏ YERİNDƏN İLK GÖRÜNTÜLƏR - YENİLƏNİB-2
6-04-2018, 14:25
Fazil Məmmədov: "İnfarkt keçirməmişəm”
9-10-2018, 11:02
“Lotu Quli” Azərbaycana təhvil veriləcək
30-06-2016, 13:19
Aysunun sevgilisi ayrılıq xəbərlərindən danışdı - FOTO
16-12-2016, 10:45
35 yaşlı kişi 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB
2-05-2018, 09:23
3 uşaq atası intihar etdi
7-08-2016, 11:14
Çinli qadın ərinin məşuqəsini soyundurub... - VİDEO
17-12-2016, 10:44
13 yaşlı məktəbli faciəvi şəkildə öldü - BAKIDA