Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü - FOTO
Tarix: 22-09-2017 | Saat: 16:15
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.
İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub.
Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".
R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".
Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb.report
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

6-10-2015, 20:18
Azyaşlı qıza sataşan məktəb direktoru oğluna hökm oxundu. +18
17-09-2017, 09:37
ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var
11-03-2018, 19:52
Azərbaycan Polisindən nöbəti nümunəvi addım
21-11-2023, 11:56
Tarkandan Bakı rekordu
28-02-2017, 18:58
Nazirdən sahibkarların vəziyyəti ilə bağlı - Açıqlama
5-06-2017, 17:54
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
29-09-2015, 11:28
Putin və Obama danışıqlar apardı - FOTO
29-11-2017, 13:15
Elçin həmkarlarını qınadı: “Bu kişiyə yaraşmır” - VİDEO
25-04-2015, 13:24
Türk bayrağına görə ermənilərlə mübahisə edən azərbaycanlı polis tərəfindən saxlanılıb.
19-01-2016, 12:38
Məktəblərdə qış tətil günlərinin vaxtı açıqlandı