Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirdən sahibkarların vəziyyəti ilə bağlı - Açıqlama
Tarix: 28-02-2017 | Saat: 18:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Nazirdən sahibkarların vəziyyəti ilə bağlı - Açıqlama


“Strateji Yol Xəritəsi”ndə müəyyən edildiyi kimi, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə aparılan vergi islahatlarında əsas diqqət kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) yönəldiləcək.

"Xəbəraz.az "AzərTac-a istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov açıqlama verib.

Diqqətə çatdırılıb ki, Vergilər Nazirliyi tərəfindən vergi dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi və KOS-un dinamik inkişafı məqsədilə biznes assosiasiyaları, ictimai təşkilatlar cəlb edilməklə məsləhətləşmələr aparılacaq.

Nazir vurğulayıb ki, vergi siyasətində əsas diqqət əməkhaqlarına, habelə KOS subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə yönəldiləcək. Kiçik sahibkarlara münasibətdə əks-əlaqə prinsipi tətbiq olunacaq. Məqsəd daha çox məlumatların ötürülməsi, uçotun dəqiqləşdirilməsi, xidmət çeşidlərinin artırılması, bu kateqoriya sahibkarlıq subyektlərinin vergi və inzibati yükünün azaldılması ilə könüllü əməletmə səviyyəsini yüksəltməkdir.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___