Nazpərinin evini yaran polis idarəsində intihara cəhd etdi
Tarix: 06-09-2017 | Saat: 10:18
Bölmə:Karusel / Hadisə | çapa göndər
Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.
Hadisə Nərimanov Rayon Polis İdarəsinin (NRPİ) müvəqqəti saxlama məntəqəsində qeydə alınıb.
Belə ki, 1 saylı istintaq təcridxanasında Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum edilmiş Sumqayıt sakini, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu ifadəsi alınması üçün Nərimanov RPİ-yə gətirilib. O, əli bağlı şəkildə idarənin müvəqqəti saxlama məntəqəsində qolunu kəsici alətlə kəsərək intihara cəhd göstərib.
Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.report
Xəbəri paylaş
5288 dəfə oxunub.
Digər xəbərlər

28-02-2016, 23:15
Yaçenyukdan şok təklif: "Bu torpaqları sataq"
23-06-2016, 20:44
Azərbaycan meşələri təhlükədədir
6-05-2016, 16:54
Daha bir ana intiharı - 2 yaşlı körpəsi var idi...
9-05-2015, 17:29
-Dilqəm Əsgərov və Şahbaz Quliyev dən Xəbər var
6-09-2016, 09:42
Prezident köhnə dostunu tapdı: “Saxlatdım maşını, elə o vaxtdan da tanış olduq” - VİDEO
1-10-2018, 13:55
“Qışqırıb, ağlayırdım ki, məni zorlamasın” - Qardaşından dünyaya uşaq gətirən bacının ilginc etirafı
16-09-2015, 10:19
Azərbaycanda dolların və avronun məzənnəsi
17-10-2019, 13:34
Vilayət Eyvazov generalı VƏZİFƏSİNDƏN AZAD ETDİ
15-09-2017, 20:52
“Prezidentimizin qarşısında baş əyirəm” - Əməkdar artist adı alan Vasif Məhərrəmli