Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda şadlıq sarayında İzzət Bağırova görə DAVA: yaralılar var - YENİLƏNİB
Tarix: 31-08-2017 | Saat: 11:18
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər



 
 
Müğənni İzzət Bağırov şadlıq evində baş verən dava ilə bağlı açıqlama verib.
 
 
Müğənni bu hadisə ilə heç bir əlaqəsinin olmadığını deyib:
 
“Dünəndən bu hadisə haqda xəbər yayılıb. Mənim bu dava ilə heç bir əlaqəm yoxdur. Mən oxuyan zaman baş verib. Düzdür, orada mən də olmuşam. Amma heç mənim o davadan xəbərim də olmayıb. Bütün hadisəni də mənim üstümdə qurublar. Hazırda polislər var, məsələni aydınlaşdırmağa çalışırıq. İşə vəkilim də qarışıb. Hər şeyi yoluna qoyub, geniş açıqlama verəcəyik”.
 
 
 
***
 
09:26
 
 
Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
 
 
Hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.
 
 
Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
 
 
N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.
 
 
Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.
 
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. report




 


Xəbəri paylaş

1 0268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___