Azərbaycan yaxın illərdə də ikili vətəndaşlığa icazə verməyəcək - SƏBƏBLƏR
Tarix: 24-08-2017 | Saat: 10:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.
Bəs Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi?
Nə üçün buna icazə verilmir?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə açıqlama verib.
Deputat bildirib ki, hazırda Azərbaycanda insanlara ikili vətəndaşlıq statusunun verilməsi məqsədə uyğun deyil.
“Çünki Azərbaycana qarşı müəyyən dövlətlər var ki, qərəzli münasibət bəsləyirlər. Bunun çox böyük səbəbləri var. Dövlətimizin, əhalimizin milli maraqları və təhlükəsizliyi naminə hələ ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı qanun layihəsi hazırlanması məqsədə uyğun deyil”.
Ç.Qənizadə hesab edir ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələ 5-10 il ərzində perspektivli görünmür.
“Beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağ problemi həll edildikdən, qonşularla münasibətimiz normal vəziyyətdə olduqdan sonra bu məsələyə baxmaq olar. Bəzi dövlətlər üzdə bizə dost desələr də Azərbaycanın uğurlarına sevinmirlər. Bu baxımdan dövlətimizin təhlükəsizliyi naminə müəyyən addımların atılmasını ləngidirik. Bunlardan biri də Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələdir”.
(modern.az)
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

21-01-2018, 14:51
Abşeronda güllə atıldı: məktəbli gözündən yaralandı - FOTO
4-05-2016, 19:07
Əsədlə müttəfiq deyilik - Lavrov
4-01-2018, 13:02
Yağış yağacaq, duman olacaq-Sabahın Havası
26-11-2016, 00:53
Astroloji proqnoz - 26 noyabr
19-07-2015, 19:17
Zakir Həsənov vaxt açıqladı: Qarabağ üçün bir həftə (VİDEO, FOTO)
19-09-2016, 20:18
Ərdoğandan açıqlama - "Fərat Qalxanı" əməliyyatı...
14-03-2017, 14:35
At arabası aşdı, ölən var
29-05-2015, 01:23
Bakıda möhtəşəm atəşfəşanlıq - (FOTO)
21-12-2016, 17:11
Paytaxtda 36 metrlik yolka quruldu - FOTO
13-03-2019, 23:03
Ərdoğandan onu diktator adlandıran nazirə reaksiya - "Sən qatilsən"