Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Həyəcan, təzyiq bizi sevənlərdən yaranır" - Qara Qarayev
Tarix: 20-08-2017 | Saat: 10:56
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər


Azərbaycan Premyer Liqasının II turunda “İnter”i qəbul edən “Qarabağ” növbəti qələbəsini qazanıb. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev matçdan sonra “Kopenhagen”lə oyun haqda danışıb, apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
 
- “Kopenhagen”lə ilk matç haqda nə deyə bilərsiniz?
- Cütün taleyi həll olunmayıb. “Şerif”lə oyunda biz onlara qapımıza yaxınlaşmağa imkan vermirdik. Amma “Kopenhagen”lə matç fərqli oldu. Biz topla çox davransaq da, onlar da təhlükə yaradırdılar. Necə oynayacaqlarını, güclü tərəflərini bilirik. Təhlükəli tərəflərini zərərsizləşdirsək, üstünlük qazanacağıq. Əvvəlki oyunlarını da izləmişik. Evdə daha yaxşı oynayırlar.
 
- Real yanaşsaq, “Kopenhagen” “Qarabağ”dan güclüdü?
- Birinci görüşdən danışsaq, biz qələbə qazanmışıq. Amma burda iki oyunun nəticəsi hesablanır. Danimarka çempionatı güclü yarışlardan biridi.
 
- Rəqibin “Vardar”la oyunlarını izləmisiniz. “Qarabağ” yəqin onların etdiyi səhvi təkrarlamaz?
- Hər bir futbolçu fərdi şəkildə oyuna hazırlaşmalıdı. Qrupun bir addımlığındayıq və bu matçda bütün gücümüzü meydanda qoymalıyıq. "Kopenhagen" asan rəqib deyil. Oyuna 40 min bilet satılıb. Azarkeşlər də onları ruhlandıracaqlar.
 
- “Qarabağ” ardıcıl neçə ildi avrokuboklarda oynayır. Artıq həyəcanı üzərinizdən atdığınızı demək olarmı?
- Evdə bu stressi atırıq, amma səfərdə müəyyən qədər qalır. Səfərdə azarkeşlərimiz yanımızda olmasalar da, səsləri qulağımızdadı. Sərfəli nəticə ilə dönməklə ehtiyacımız olan uğuru reallaşdırmalıyıq.
 
- İlk oyunda rəqib topsuz çox zəif təsir bağışlayırdı...
- Bunu səfərdə necə yerinə yetirəcəyik, bu, çox vacibdi. Onların meydanında da belə oynaya bilsək, mərhələni keçmək mümkün olacaq. Çətin olacaq, üzərində işləməli olduğumuz nüanslar var. Xüsusilə də, hava topları ilə bağlı məşqlər etməliyik. Bakıda iki hücumçu ilə oynayırdılar. Öz meydanlarında necə olacaq, bilmirik.
 
- Penaltilər seriyasına hazırsızmı?
- Xüsusi hazırlıq keçməmişik. Həyəcan, təzyiq bizi sevənlərdən yaranır. Peşəkar futbolçu həlledici anda həmin gərginliyi üzərindən atmalıdı. Penaltilər seriyasına qalsaq, onda da belə olmalıdı.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___