Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ” pley off da bu komanda ilə qarşılaşacaq
Tarix: 04-08-2017 | Saat: 14:14
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da rəqibini tanıyacaq.
 
20 komanda qrupa 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq.
 
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə 20 komanda iki yol üzrə bölünəcək. Öz ölkəsinin ən yaxşısı olan 10 klub Çempionlar yolunda 5 cüt təşkil edəcək. Digər 10 komanda isə Liqa yolunda 5 cütlüyü müəyyənləşdirəcək.
 
Bu “onluq”ların hər birində yer alanlar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” Çempionlar yolunda mübarizə apardığından Azərbaycanda məhz bu “onluğ”un səbətləri maraq doğurur. Əmsalı 18,050-yə bərabər olan komandamız III təsnifat mərhələsinin 20 iştirakçısı arasında 10-cu nəticəyə malik idi. Pley-offa yüksələnlər arasında isə “Qarabağ” 6-cı olub. Bu, daha yüksək reytinqlilərdən BATE, “Lüdoqorets”, “Zalsburq” və “Legiya”nın büdrəməsi sayəsində gerçəkləşib.
 
Lakin 6-cı yer də səpələnmişlərə düşmək imkanı verməyib. Çünki yalnız 5 ən yüksək reytinqli burda yer alıb. Çempionumuza yalnız bir matçda aşağı reytinqlinin qalib gəlməsi kimi kiçik sensasiya kifayət etməyib ki, səpələnmişlərdən olsun. Məhz bu səpələnmiş komandalar da “Qarabağ” və digər səpələnməyənlərə mümkün rəqiblərdi. Belə rəqiblər arasında “Olimpiakos”, “Seltik”, “Kopenhagen”, APOEL və “Maribor” yer alıb.
 
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)
 
 
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Slovaniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
 
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Hoffenhaym” (Almaniya)
“Nitsa” (Fransa)
“Başakşəhər” (Türkiyə)


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___