Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər
Tarix: 01-08-2017 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar.
Xəbəraz.Az trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir:
"Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar".
M.Abbaszadə qeyd edib ki, DİM dövlət qulluğuna qəbul üçün elan etdiyi ilk daxili müsahibənin nəticələrini dövlət qulluğuna göndərib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün bundan başqa ümumi müsahibə də elan edilib: "Ümumi müsahibədə dövlət qulluqçusu statusu olan və ehtiyat kadr bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Ümumi müsahibənin keçirilməsi üçün bizə 41 dövlət təşkilatı müraciət etmişdi. Artıq ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Bu proses təxminən 20 gün aparılacaq. Daha sonra ümumi müsahibənin aparılma cədvəli elan olunacaq".
M.Abbaszadə əlavə edib ki, dövlət qulluğuna qəbul üçün oktyabrda yeni növ test imtahanının keçirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
6618 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 15:10
“Azərsu”dan Bakı sakinlərinə – XƏBƏRDARLIQ
11-10-2018, 15:49
Qüdrət Şükürovun qızıAzərbaycanı tərk etdi (FOTO)
20-07-2015, 17:26
Yıxılan filin videosu rekord qırdı - VİDEO
21-01-2022, 11:19
Ən çox ağlayan və zarıyan bürclər - GİLEYLİ BEŞLİK
9-06-2015, 23:33
9 yaşlı uşağı vuran maşın bir gün sonra onun nənəsini vurdu
8-08-2017, 12:16
Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq
5-09-2016, 20:08
Bakı aeroportunda ölüm hadisəsi baş verib
24-11-2016, 19:52
Qusarda kişi donaraq ölüb
3-07-2018, 16:01
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi