Ancelina Coli: "Boşandıqdan sonra uşaqlardan gizli ağlayırdım"
Tarix: 27-07-2017 | Saat: 12:25
Bölmə:Karusel / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər
“Oskar” mükafatçısı Ancelina Coli moda jurnallarından birinə müsahibə verib.
Aktrisa Bred Prittlə boşanmasının pərdəarxası məqamlarından söz açıb. 10 ay əvvəl boşanan 42 yaşlı Coli bunları deyib: “2016-cı ildə Kambocadakı film çəkilişləri zamanı həddindən çox arıqlamışdım. Bu, həyatımın ən çətin vaxtları idi. Onunla sadəcə havadan-sudan danışmaq üçün bir araya gələn insanlar kimi idik. Ayrılıq qərarından sonra uşaqlarla birlikdə bir müddət kirayədə yaşadım. Həyatıma yenidən başlamaq üçün Los-Ancelesdə 25 milyon dollara malikanə aldım. Yeni evə köçmək mən və uşaqlarım üçün böyük bir addımdır. Hamımız ailəmizi bir yerdə saxlamaq üçün əlimizdən gələni edirik. Ayrılıqla barışmaq üçün özümü ev işlərinə verdim, uşaqlarla vaxt keçirdim, itlərə qulluq elədim, qabları yudum, uşaqlarıma yatmazdan əvvəl nağıllar oxudum”.
Ancelina boşandıqdan sonra gizlicə ağladığını deyib: “Belə vəziyyətdə uşaqların gözü önündə yox, gizlicə ağlamağın faydalı olduğunu düşünürəm. Siz əmin olmasanız da, onların hər şeyin düzələcəyinə inanmaları çox mühümdür”.
Qeyd edək ki, Ancelina ilə Bredin 3-ü doğma, 3-ü isə övladlığa götürülməklə 6 uşağı var. Colinin uşaqlarının himayəçilik hüququnün tamamilə ona məxsus olması üçün məhkəməyə müraciət etdiyi deyilir.
Xatırladaq ki, Coli ilə Pitt “Mr.and Mrs Smith” filminin çəkilişləri zamanı tanış olmuş, 12 illik münasibətdən sonra ailə qurmuşdular.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

16-05-2017, 19:31
Soğanı bölüb corabın içinə qoysanız... - BUNLARI BİLİRSİNİZ?
6-04-2016, 14:14
27-28 mayda Bakıda IV Milli Marketinq Forumu keçiriləcək
4-01-2018, 11:46
8 qat Azərbaycan çempionu bıçaqlandı - FOTOLAR
1-07-2017, 22:04
"Gəlin maşınları” bəyləri nə qədər xərcə salır? - VİDEO
10-11-2015, 13:29
Disney qəhrəmanlarının qocalıq şəkilləri - FOTO
13-01-2017, 15:12
Bu adamlara bankalanmaq qadağandır – EKSPERT DANIŞIR
13-05-2016, 04:24
İŞİD Türkiyəyə qarşı hazırlıq görür - İnanılmaz iddia
9-09-2022, 12:24
Bakı sakini qayçı uddu - FOTO
16-04-2022, 13:30
Həbs edilən sabiq icra başçısının əmlakları müsadirə olundu - SİYAHI
30-09-2015, 23:54
Bakı-Quba yolunda ağır qəza: 2 nəfər ölüb - FOTO