Qabiliyyət imtahanı verənlərin nəzərinə
Tarix: 19-07-2017 | Saat: 10:46
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bu gündən ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına start verilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilib. Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
YQYK-lar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay, Şirvan şəhərlərində fəaliyyət göstərir.
Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri məqbul”la (5 ballıq şkala üzrə) qiymətləndirilir. 3 və daha yüksək bal (bədən tərbiyəsi və idman ixtisası üzrə 4 bal) “məqbul” qiymət hesab edilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının 3-cü sayında ətraflı məlumat verilmişdir.
Xəbəri paylaş
8728 dəfə oxunub.
Digər xəbərlər

4-06-2017, 13:34
"Mübarizə aparmağa gücüm çatmadı" - Kənandan açıqlama
27-09-2019, 18:19
''Olimp'' MTK "protokoldan çıxarış" üçün pul tələb edir - VİDEO
21-11-2016, 11:29
Polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə
30-04-2017, 13:32
Piyada zolağı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
15-03-2017, 14:45
Nazənin bu kanalda aparıcılıq edəcək - VİDEO
27-04-2016, 13:18
Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB
5-08-2020, 19:06
Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır
9-04-2018, 10:50
İki gündə 173 cinayət törədilib, 32 nəfər saxlanılıb
1-12-2023, 22:00
"Səhərin qaranlıq sabahları"
6-09-2015, 19:06
Misir Mərdanov bazarlıqda - FOTO