Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəstəkarlardan Quliyevaya etiraz- “Gedib qəbrindən soruşaq ki…”
Tarix: 26-06-2015 | Saat: 16:25
Bölmə:Karusel / Şou-Biznes / M2 / Foto-fakt | çapa göndər

Bəstəkarlardan Quliyevaya etiraz- “Gedib qəbrindən soruşaq ki…”
Xalq artisti İlhamə Quliyeva ilə Brilliant Dadaşova arasında uzun zamandır davam edən gərgin münasibətlərə daha da kəskinləşib. Buna səbəb isə bəstəkar Fikrət Əmirovun “Neyləmişəm” mahnısı olub. Belə ki, bəstəkarın vaxti ilə yazdığı “Neyləmişəm” mahnısını Brilliant Dadaşova öz repertuarına daxil etmək istəyib.


Bundan xəbər tutan İlhamə Quliyeva Brilliant Dadaşovanı məhkəmə ilə hədələyərək, mahnını oxumağı qadağan edib. “Primadonna” idda edib ki, mahnını bəstakar məhz onun səsi üçün bəstələyib. İlahmə xanım hətta bu iddianı əsassız sayan Fikrət Əmirovun oğluna da barmaq silkələyib ki, özünü yığışdırsın.
Bəstəkarlardan Quliyevaya etiraz- “Gedib qəbrindən soruşaq ki…”


Müğənninin bəstəkar mahnısıana qadağa qoymasına haqqı çatırmı? Bu nə dərəcədə düzgündür?

Xeberz.az xəbər verir ki, modern.az saytı tanınmış bəstəkarlar Gövhər Həsənzadə və Siyavuş Kəriminin fikirlərini öyrənib.

Gövhər Həsənzadə bildirib ki, müğənninin bəstəkarın bəstələdiyi mahnıya qadağa qoymağa haqqı çatmır: “Əgər qanundan danışırıqsa, belə bir qanun yoxdur. Amma bu məsələ danışıqdan da asılıdır. Bəlkə müğənni bəstəkarla danışığı zaman şərti olub ki, “bu mahnını məndən başqa heç kəsə verməyəcəksən”, yəni bir sözkəsənlik olubsa və müğənni məhz bu şərtə görə bəstəkarın mahnısını oxuyursa, onda şərti pozmaq olmaz. Amma ümumilikdə belə rəsmi qanun yoxdur.
Bəstəkarlardan Quliyevaya etiraz- “Gedib qəbrindən soruşaq ki…”


Misal üçün, olub ki, hansısa bir müğənninin tanınması üçün vizitkarta ehtiyacı olub. İstəyib ki, onu bu mahnı ilə tanısınlar. Mən də anlaşma ilə belə bir mahnı bəstələyib vermişəm. Həmin mahnı bu günə qədər də həmin müğənninin adı ilə hallanır. Başqa müğənnilər istəsələr belə, o mahnını oxumurlar. Çünki bu onun vizitkrtıdır, ona dəymirlər. Azərbaycanda heç kəs heç kəsə nə mahnı satır, nə də alır. Bütün söhbətlər danışıq üzərində gedir. Hələ ki, rəsmiyyət yoxdur.

Məndə vizitkart sayılan mahnılar çoxdur. Misal üçün İradə İbrahimovanın “Bahar çiçəyi”, Elnur Məmmədovun “Belə olarmı?”, Faiq Ağayevin “Dönmə geri”, İlahə Fədanın “Bir zaman gedəcəyəm”, Zülfiyyə Xanbabayevanın “Anladım sonunda” və sair.

Bir bəstəkar kimi deyirəm ki, mahnılarımın ikinci dəfə ifası əsasən belə oxunur. O mahnı Azərbaycanda öz sözünü deyib dillər əzbəri olandan sonra, türk müğənniləri bunu ifa ediblər. Bu hər tərəfdən normal qarşılanıb.

Hətta bu mahnının azərbaycanlı müğənni ilə tük müğənnisi arasında duet formasını da təşkil etmişik. Bu formada alınan mehriban tandemlər də olub. Bir də var ki, kiminsə, kiminləsə narazılığı düşüb, şərikli mal kimi bu ona, o da buna qadağa qoyur. Şükürlər olsun ki, bu vaxta qədər belə münasibətlərdə olmamışam, yəqin ki, bundan sonra da olmaram”.

Bəstəkarlardan Quliyevaya etiraz- “Gedib qəbrindən soruşaq ki…”

Siyavuş Kərimi də bildirib ki, müğənninin bəstəkarın bəstələdiyi mahnını özəlləşdirməsinə haqqı çatmır: “Birincisi, mahnı yazılıb insanlar üçün. O mahnını hamı oxuya bilər. Bu, birmənalı şəkildə belədir. Heç kim mahnını özəlləşdirmir. Kimsə deyir, bu mahnı mənim vizitkartımdır, icazə alın sonra mahnını oxuyun və sair.

Mənə belə şeylər çatmır. Bəstəkar rəhmətə gedib, onu gedib qəbrindən soruşaq ki, bəstələdiyin mahnını oxumaq olar, ya yox?! Mahnı oxumaq üçün heç bir qanun yoxdur. Bu mədəniyyət insanlar üçündür. Heç kəsin heç kəsə mahnı oxumağa qadağan etməyə nə ixtiyarı, nə də hüququ çatır. Dünyada belə şey görünməyib”.



4588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___