Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramazanda iftara nə yemək olar? — Oruc tutanlara qozun hansı faydaları var?
Tarix: 31-05-2017 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər



Ramazan ayında fərdlərin yaş, cinsiyyət və fiziki aktivliklərinə görə gündəlik qəbul etməli olduqları kalori miqdarı dəyişməməlidir. Oruc tutanlar ac qaldığı müddətdə özlərini gücsüz hiss etməmək, susuzluq hissi yaşamamaq üçün qidalanmaya diqqət etməlidir.

Ramazan iftarında nələrin faydalı olduğu barədə yazını təqdim edirik.
Gün ərzində tez acımaq problemi olanlar isə mədənin boşalma müddətini uzatmaq məsədi ilə paxlalı bitkilərdən istifadə etməlidir. Əsasən lobya, noxud, mərciməkdən hazırlanan yeməklərdən istifadə etmək, həddən artıq yağlı, duzlu və ağır yeməklər, xəmir xörəklərindən uzaq durmaq lazımdır.

Aclıq vəziyyətinin uzun müddət davam etməsi halsızlıq, yorğunluq, baş ağrısı, baş gicəllənməsi, unutqanlıq, dalğınlıq, diqqətsizlik, yuxuya meyillilik, tərləmə, əsəbilik, köp, mədə qıcqırması və mədədə ağrılara səbəb olur.
Xüsusən də iftar saatı yaxınlaşdıqca əsəbilik, baş ağrısı, mədə bulantısı, halsızlıq kimi vəziyyətlər ortaya çıxır.
Əgər süfrəyə qoyulan yeməklərin sayı çoxdursa, ən çox xoşladığınız xörəkdən dadın.

İftarda orqanizmin maye və elektrolit balansını qorumaq üçün su, xurma və zeytunla orucunuzu açın.
İftarı açandan sonra pomidor, pendir və ya çorba kimi yüngül yeməklərlə başlayın. 10-15 dəqiqə sonra bir az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam edin.

İftardan sonra televizor və ya kompüterin qarşısına keçmək, divanda uzanıb istirahət etmək əvəzinə, yürüşə çıxın. Bu həzm prosesi üçün faydalıdır.

Oruc tutanlara sahurda qoz yemək məsləhət görülür.

Qozun tərkibindəki Omega 3 ürək sağlamlığı və stressin qarşısını almaqda faydalıdır.
Qoz qanın tərkibində olan zərərli xolestrolun yığılmasının qarşısını alır, qanı təmizləyir.
Şəkər xəstəliyinin müalicəsində istifadə edilir.
Qozun tərkibindəki yağ turşuları ürək xəstəliklərinin və kişilərdə meydana gələn prostat xərçənginin qarşısını alır.
Mədə və bağırsağa yığılan qazın atılmasında təsirlidir.
Həzm sistemindəki problemin həll edilməsində aktiv rol oynayır.
Yorğunluq və halsızlığın qarşısını alır.
Damar tutulması müalicəsində təsirlidir.
(olke.az)


Xəbəri paylaş

9468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___