Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın məşhur diktoru: "Səhhətim çox pisləşib"
Tarix: 26-05-2017 | Saat: 19:58
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Bu gün Azərbaycan Respublikasının xalq artisti, tanınmış televiziya diktor Ofeliya Sənaninin doğum günüdür. Onun 75 yaşı tamam olur.
Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmlərdə çəkilib.
Xəbəraz.az xəbər verir ki, modern saytı xalq artistinin ad günü təəssüratlarını öyrənmək üçün onunla əlaqə yaradıb. Ofeliya xanım bildirib ki, bu il ad gününü qeyd etməyəcək:
"Artıq Validdən (həyat yoldaşı, mərhum diktor) sonra ad günlərimi qeyd etməyi sevmirəm. Əvvəllər yığışıb bir yerdə qeyd edərdik. Qohumları, yaxınları ətrafımıza toplayıb ad günümü çox şən keçirərdik. Valideynlərim sağ olan zaman doğum günümdə bizə gələrdilər. Həmçinin bacım-qardaşlarım, onların övladları da bizə yığışardı. Biz ailədə dörd uşaq olmuşuq, iki qardaş və iki bacı. Əvvəllər ad günümdə cürbəcür salatlar, yeməklər bişirib hər kəsi dəvət edirdik. Heç yorulmurduq. Amma indi mənim ətrafımdakı qohumlarımın heç biri evdə ad günü qeyd etmir, əksəriyyət restoranlara üstünlük verir. 
Lakin mən indiyə kimi ad günümü ancaq evdə keçirmişəm. Sadəcə, Musa Nağıyevin qızı Dilarə Nağıyeva 70 illik yubileyimi mənim üçün təşkil etdi. Doğum günümü Musa Nağıyevin adına olan ev muzeyində keçirdik. Düzdür, həmin vaxt Valid dünyasını təzə dəyişmişdi. Amma ətrafımda olan insanlar doğum günüm üçün məni  tez-tez məclislərə dəvət edirdilər. İndi yaş da artıb. Heç geyinməyə həvəsim yoxdur, nəinki, restorana getməyə və ya ad günü keçirməyə".
Ofeliya Sənani  həmçinin bildirib ki, hazırda heç bir işlə məşğul olmur. Eyni zamanda diktorun səhhəti də yaxşı deyil.
"Heç yerə getmək istəmirəm, heç bir kanalın dəvətini qəbul etmirəm.  Elə istəyirəm evdə oturub televiziyaya baxım. Hazırda heç bir işlə məşğul deyiləm, istirahət edirəm. Nitq mədəniyyətindən dərs demək üçün çox yerdən dəvət gəldi, amma gücüm yoxdur. Bir gün gedib, üç gün getməsəm, onlara böyük hörmətsizlik olar. Ona görə qəbul etmədim. Səhhətim də qətiyyən yaxşı deyil. Çox tez  yoruluram, fəqərə sütunumda ağrılar olur. Bu səbəbdən heç yerə çıxa bilmirəm".



6078 dəfə oxunub.

Digər xəbərlər
5-08-2015, 00:56 2 həftəyə 2 min insan

bütün xəbərlər
____ Instagram ___