Azərbaycanlı olimpiya çempionu bütün yarışlardan kənarlaşdırıldı - ŞOK QƏRAR
Tarix: 18-05-2017 | Saat: 12:11
Bölmə:Karusel / İdman / M2 / Foto-fakt | çapa göndər
London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.
Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb.
Xəbəri paylaş
5138 dəfə oxunub.
Digər xəbərlər

24-04-2017, 21:07
İbrahimoviçin zədəsi ilə bağlı xəbər var
13-02-2017, 15:38
"Sevgililər günü"ndə hava necə olacaq? - Proqnoz
3-07-2016, 18:12
Azərbaycanda yeddinci beynəlxalq hava limanı açılır
6-03-2019, 14:47
Azərbaycanda əxlaqsızlıq yuvasına basqın
14-12-2016, 22:43
Problemli kreditlərlə bağlı daha YENİ XƏBƏR
23-08-2019, 15:50
Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA
25-10-2017, 16:24
Ebru evli kişiyə ərə gedir
25-03-2020, 09:15
Salyanda ev yandı
24-01-2018, 17:30
Salyanda ev yandı- Bir nəfər öldü