Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vurulan hamilə qadın doğuşa qədər bədənində güllə ilə yaşayacaq -FOTO
Tarix: 12-05-2017 | Saat: 20:51
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər


Türkiyənin Konya şəhərində yolda meydana gələn mübahisə 23 yaşlı Həsən Ç.-nın 35 yaşlı 2 aylıq hamilə Aliyə Avcını tapançayla vurmasıyla nəticələnib. Güllə Avcının onurğasından daxil olub, sol ombasında qalıb.
Hamiləlik səbəbi ilə risk olduğu üçün 7 ay ərzində güllənin bədənində qalacağı və doğumdan sonra əməliyyat edilərək çıxarılacağı deyilir. Qadına hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb.
Hadisə dünən saat 13:15 radələrində Səlcuqlu qəsəbəsinin Feritpaşa məhəlləsi, Ankara Prospekti, Beşyol kəsişməsində baş verib. Ailə həkimi Aliye Avcı idarə etdiyi 42 FGE 36 nömrəli avtomobillə bacısıyla birlikdə atasını ziyarət etməyə getdiyi zaman yol kəsişməsində qırmızı işıqda dayanmalı olub. 37 yaşlı İsmayıl U.-nun istifadə etdiyi avtomobil Avcının avtomobilinin bamperinə toxunub. Qəzadan sonra sürücülər Avcı ilə İsmayıl U. və onun yanında olan Hasan Ç. avtomobildən eniblər.
İddiaya görə, İsmayıl U. və Həsən Ç. Avcıya: ''Niyə bir az daha irəlidə durmadın" deyə sərt reaksiya veriblər. Doktor Avcı da bu an yol polisi çağırıb. İsmayıl U. və Həsən Ç. ''Avtomobilinə ziyan dəyməyib. Niyə polis çağırırsan?", - deyə qışqırıb Avcının avtomobilini təpikləməyə başlayıblar.
Həkim Aliye Avcı da qorxub avtomobilinə minərək qapıları kilidləyib. Bu an Həsən Ç. yanındakı sənədsiz tapançayla Avcının avtomobilinin baqaj hissəsinə atəş açıb. Baqajdan girən güllə sürücü sükanı arxasında oturan Avcının onurğa hissəsindən sol ombasına keçib. Qan içində qalan Avcı təcili yardımla Konya Təhsil Tətbiq və Araşdırma Xəstəxanasına çatdırılıb.
Müalicə altına alınan və 2-ci uşağına hamilə qalan Aliye Avcının güllənin, hamiləlik səbəbilə risk daşıdığı üçün 7 ay ərzində bədənində qalacağı və doğumdan sonra əməliyyatla çıxarılacağının mümkün olacağı deyilir.
Avcının vəziyyətinin yaxşı olduğu deyilir. Aliye Avcı və həyat yoldaşı Osman Avcı baş verən hadisədən məyus olduqlarını, mövzu haqqında danışmaq istəmədiklərini və cinayəti törədənlərin lazımi cəzanı alacaqlarına inandıqlarını deyiblər.



Xəbəri paylaş

1 3698 dəfə oxunub.

Digər xəbərlər
14-03-2015, 21:34 Rauf Qərib Alagöz

bütün xəbərlər
____ Instagram ___