Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtlı ulduzları TANIYAQ - SİYAHI - FOTOLAR
Tarix: 10-05-2017 | Saat: 17:33
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər





 
Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir. Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Xəbəraz.az xəbər verir ki,Lent.az bu barədə kiçik araşdırma aparıb və əslən sumqayıtlı olan, həmçinin, bu şəhərin yetirməsi olan, burada yaşayan tanınmış şəxslərdən bəzilərinin siyahısını hazırlayıb. 
 
Müğənni Damla Sumqayıtda yaşayır. Elə məktəbi də orada bitirib. İfaçı deyib ki, işləri ilə bağlı Bakıda yaşamaq istəsə də, oğlu buna razı olmayıb: “İstədik ki, ailəlikcə Bakıya köçək, amma oğlum dedi, mən dostlarımı qoyub, Bakıya gedə bilmərəm”.

 
Əməkdar artist Ədalət Şükürov da Sumqayıt şəhərində anadan olub. İndi də onun bu şəhərdə bağ evi var. 

 
"Davay, do svidaniya" adlı meyxanaları ilə məşhurlaşan meyxanaçı qardaşlar İntiqam və Ehtiram da Sumqayıtın yetirmələridir. 

 
Müğənni Mənzurə Musayeva da Sumqayıtda yaşayan tanınmışlardandır. 

 
Məşhur aparıcı Mətanət Əlverdiyeva da illərdir, Sumqayıtda yaşayan məşhurlardandır. Aparıcı bildirib ki, işi Bakıda, evi Sumqayıtdadır. 

 
Əməkdar artist Nüşabə Ələsgərli də uzun illər Sumqayıtda yaşayıb.

 
Əməkdar artist Dilarə Əliyeva da Sumqayıtda böyüyüb-başa çatıb: “Sumqayıtda böyümüşəm, amma Bakıya gəlin gəlmişəm. Subaylıq və uşaqlıq illərim Sumqayıtda keçib”.

 
“Maestro” ləqəbi ilə tanınan skripkaçı Ceyhun da illərdir Sumqayıtdadır.

 
Məşhur meyxanaçı Namiq Mənanın qardaşı, Dövlət Musiqili Teatrının tanınmış aktyoru, əməkdar artist Ələkbər Əliyev də Sumqayıtda qalır.

 
Müğənni Sevda Kazımova da sumqayıtlıdır. İfaçı bildirib ki, Bakıdan ev alsa da, yenidən Sumqayıta qayıtmalı olub: “Bilmirəm, nədəndir, Sumqayıtdan başqa yerdə qala bilmirəm, Bakıda ev almışdım, qala bilmədim, həmin evi oğluma verdim. İndi də Sumqayıtda qalıram. Özümü burda daha rahat hiss eliyirəm. İnşallah, uzun illər burda da qalmağı düşünürəm”.

 
Sumqayıtlılar əməkdar artist, "Bu şəhərdə"nin qəhrəmanı Coşqun Rəhimovla da fərx edə bilər.  Aktyor da "gənclik şəhəri"nin yetirməsidir. 

 
Əməkdar artist Ruhəngiz Musəvi də Sumqayıt şəhərinin yetişdirdiyi ulduzlardandır. 

 
Meyxanaçılar Balabəy, Cavid, Gülağa da Sumqayıtda yaşayan söz ustalarındandır.

 
Müğənni Elton Hüseynəliyev Sumqayıt məktəbinin yetişdirməsidir. İfaçı orada böyüyüb-başa çatıb.

 
Dünya və Avropa çempionu, karate ustası Rafael Ağayev də Sumqayıtın yetişdirməsidir. 




 



Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
30-11-2020, 11:39 Bu rayonlara qar yağdı

bütün xəbərlər
____ Instagram ___