Bakıda sürücülər sarı zolağa məhəl qoymurlar - VİDEO
Tarix: 06-05-2017 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər
Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çəkilən sarı zolaqlarla bağlı qadağaya sürücülər məhəl qoymurlar.
Xəbəraz.az baku.ws-ə istinadən xəbər verir ki, onlar bunu yolda həddindən artıq tıxacların olması ilə əlaqələndiriblər. Videonu sosial şəbəkədə paylaşan sürücünün özü də qaydanı pozur. Onun sözlərinə görə, qaydanı pozmaq məcburiyyəti qarşısında qalıb. Çünki yolda tıxaclar üzündən demək olar ki hərəkət dayanıb.
Qeyd edək ki, ötən gündən etibarən Bakının yollarında çəkilmiş xüsusi zolaqlara icazəsi olmayan nəqliyyat vasitələrinin girişi qadağan edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.
Onun sözlərinə görə, sarı zolağa icazəsiz daxil olan nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. V.Əsədov bildirib ki, sarı zolaqlarda hərəkəti qadağan edən yol işarələri də qoyulub. Qayadanı pozan sürücülər 40 manat cərimə olunacaq. Bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirakla bağlı qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub.
Xəbəri paylaş
7998 dəfə oxunub.
Digər xəbərlər

9-06-2015, 12:57
Sökülən 20 nömrəli məktəbin yerində nə olacaq?
13-10-2020, 15:18
"Natural Halı" Ordumuza biganə qalmadı-İanələr etdi
27-03-2023, 11:18
DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır
15-05-2022, 10:48
Azərbaycana “Avroviziya-2022”də bu ölkələr xal verdi - SİYAHI
31-10-2015, 20:23
Əməkdar artistin vəziyyəti pisləşdi: əməliyyat olunacaq
23-05-2016, 12:05
Tərtərdə top mərmiləri aşkarlandı
16-02-2016, 13:55
Biləcəridə tükürpədən hadisə: azyaşlı oğlana dəfələrlə təcavüz etdi
1-07-2022, 12:08
İyul ayında Bakıda havanın temperaturu 41°yə çatacaq
2-04-2019, 07:19
Göygöldə "bomj" yol kənarında öldü
12-02-2018, 16:46
Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü