Bakı kəndlərinə avtobuslar "Dərnəgül"dən gedəcək - FOTO
Tarix: 22-04-2017 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Bakı Nəqliyyat Agentliyi metronun "Dərnəgül" stansiyası yaxınlığındakı ərazidə növbəti Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.
İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır. Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun "Azadlıq Prospekti" stansiyası müəyyən edilib.
Bu isə gün ərzində, xüsusən də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra, avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinin imkanlarından aslı olaraq, bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.
Xəbəri paylaş
8758 dəfə oxunub.
Digər xəbərlər

21-04-2016, 22:47
Samiraldonu yenidən parodiya etdilər
18-02-2022, 11:26
İmişlidə DƏHŞƏT: Kişi beton hasarın altında qalaraq öldü
3-08-2017, 16:06
Zaurla Günayın ailəsində xoş gün - FOTO
20-04-2016, 10:55
Kərimin Nisə Qasımovaya müraciəti: "Böyük riskdir"
25-06-2016, 18:28
Rus qubernator həbs olunacaq
28-02-2018, 13:53
Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər
3-03-2016, 16:44
Mərc oyunlarına nəzarət Azad Rəhimovdan alınır — ŞƏFFAFLIĞA GÖRƏ
18-09-2016, 21:32
Zərdabdakı qəzada sürücü öldü - Qadın və uşaq komada
4-01-2018, 13:02
Yağış yağacaq, duman olacaq-Sabahın Havası