Mini geyinən qızın sevgi dramı
Tarix: 18-03-2015 | Saat: 21:29
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Fotogalereya | çapa göndər
Qız sevdiyi oğlanla İlaxır çərşənbəni qeyd etmək istəyib.
Ötən gün Bakıda gənc qız özünü öldürmək istəyib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonunda baş verib.
Rayon ərazisində yaşayan 23 yaşlı Q.Z. bayram axşamı kefsiz olub. Ailə üzvlərinə heç nə deməyib və otağına girib. Bir neçə saat sonra qızdan səs-səmir gəlmədiyi üçün anası onun otağına gedib. Ana qızı huşsuz halda tapıb. Qız üçün həkim çağırılıb.
Qızın zəhərləndiyi məlum olub. Onu xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində Q.Z.-nın həyatını xilas etmək mümkün olub. Müayinə zamanı məlum olub ki, qız çoxlu dərman içib və intihar etmək istəyib.
Onun intihar etməsinə sevgilisindən ayrılması səbəb olub. Demə Q.Z. sevdiyi oğlanla İlaxır çərşənbəni qeyd etmək istəyib. Onlar görüşüblər. Lakin qızın geyimi oğlanın xoşuna gəlməyib. Qızın həddindən artıq qısa geyimi oğlanı əsəbiləşdirib. Arada mübahisə yaranıb. Mübahisə zamanı oğlan Q.Z.-ni söyüb.
Qeyd edək ki, sevgilisinin intihar etmək istədiyini eşidən gənc oğlan xəstəxanaya gedib. Onların barışdığı bildirilir.
Xəbəri paylaş
9078 dəfə oxunub.
Digər xəbərlər

25-09-2018, 22:54
Ələddin Əliyev 20 ildən sonra yenidən idman yarişlarına geri döndü
9-07-2017, 10:48
Tanınmış müğənninin ailsindəki faciə ilə bağlı YENİ FAKTLAR
7-09-2016, 18:57
Azərbaycanda xilaskar həkim mükafatlandırıldı
16-09-2023, 08:21
Həkimsiz sizi sağaldan bitki - CƏMİ 1 DƏMLƏMƏ İLƏ..
28-04-2018, 12:06
Tacir efirdə onu biabır edən dayısından danışdı
8-09-2023, 17:52
Ordumuz əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun yığır - Hikmət Hacıyev
21-05-2016, 19:50
Meneceri öldürənin işi məhkəmədə
16-12-2016, 01:35
Astroloji proqnoz - 16 dekabr
4-03-2019, 20:38
Azərbaycanda 31 432 narkoistifadəçi var - RƏSMİ
10-06-2016, 21:33
Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradıldı