Azərbaycanda xilaskar həkim mükafatlandırıldı
Tarix: 07-09-2016 | Saat: 18:57
Bölmə:Karusel / Hadisə | çapa göndər
Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sumqayıt Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.
İclasda hadisənin təfərrüatları vurğulanıb. Qeyd olunub ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.
Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.
Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.
Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidin xilasına görə isə özünü xoşbəxt hiss etdiyini etiraf edib.
Xəbəri paylaş
7758 dəfə oxunub.
Digər xəbərlər

20-08-2020, 10:30
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
3-11-2016, 10:43
Quba və Qusara 22 sm hündürlükdə qar yağdı
29-10-2022, 10:41
Cənab Zeynalov dövlətə şərik gedir... - BU DA FAKT!!!
31-07-2015, 22:59
Apple Watch daha iki ölkədə satışa çıxarıldı
18-10-2017, 12:51
Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
11-03-2016, 14:29
“Xaqani Məmmədov Azərbaycan futboluna ləkədi, ləkə”
16-06-2016, 22:31
“Beləsinə xalq şairi adı yox, şallaq düşür”
15-04-2022, 11:44
Azərbaycanda COVID-19 pasportu ləğv ediləcək?
27-03-2021, 20:38
PuntoFeysbuk Press TV-nin səhifəsini bağladı
3-10-2016, 14:17
Bakıda 47 bahalı maşın cərimə meydançasına aparıldı