Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməkdar artist vəfat etdi
Tarix: 21-03-2017 | Saat: 20:21
Bölmə:Karusel / Hadisə | çapa göndər

Əməkdar artist vəfat etdi

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.

"Xəbəraz.az " xəbər verir ki, Milli.Az-a teatrdan verilən məlumata görə, aktyor ağır xəstə olub və üç gün əvvəl qaraciyərindən əməliyyat edilib.

1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. O, Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.


Xəbəri paylaş

8298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___