Dövlət qulluğu imtahanından keçənlər hansı vəzifələrə imtahansız qəbul ola bilərlər?
Tarix: 16-03-2017 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Nazirlər Kabineti "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nı təsdiqləyib.
"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, "Dövlət qulluğu haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə müxtəlif qruplara bölünür. A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə, B növü inzibati icraçı vəzifələr üzrə, C növü - yardımçı kargüzarlıq vəzifələri üzrədir.
A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
Vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla namizədin soyadı, adı, atasının adı dəyişdikdə, sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, sertifikat yararsız hala düşdükdə dəyişdirilə bilər.
DİM dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
Xəbəri paylaş
6168 dəfə oxunub.
Digər xəbərlər

27-06-2017, 09:59
Braziliya prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb
28-04-2016, 20:12
Turizm şöbəsinin müdiri vəfat etdi
29-08-2016, 11:37
Elmar Məmmədyarov Gürcüstana gedib
29-11-2019, 17:32
Prezidentdən Eldar Nuriyevlə bağlı SƏRƏNCAM
5-02-2018, 10:25
İstirahət günləri ölkədə 10 yol qəzası nəticəsində 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb 5 Fevral 2018 08:57
23-09-2016, 19:34
Hamilə qalmazdan əvvəl bunları mütləq edin – Qadınlara tövsiyə
7-05-2022, 13:42
Şəhid atasına kəllə atan icra başçısı vəzifəsindən gedir - Mərdan Camalov da HƏBS oluna bilər...
28-02-2016, 17:41
KİV nümayəndələrinə Rayon İcra başcısının laqeyd münasibəti
25-01-2023, 11:26
Bu şəxslərə 3 dəfə əlavə maaş ödəniləcək