Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazənin Təranə Qumralı BİABIR ETDİ: “Ərin ola-ola hoteldə həyat yoldaşımla...”
Tarix: 22-12-2017 | Saat: 12:48
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Nazənin Təranə Qumralı BİABIR ETDİ: “Ərin ola-ola hoteldə həyat yoldaşımla...”

Müğənni Təranə Qumralın ötən gün Nazənin barədə dediyi “Övladı cin çıxarandır” sözləri cavabsız qalmayıb.
Nazənin “Bizimləsən” verilişinə qoşularaq, T.Qumralın ittihamlarına münasibət bildirib: “Çox-çox üzr istəyirəm ki, orada gözəl məsələlər müzakirə olunduğu anda bu mövzudan danışıram. Heç istəməzdim ki, bu məsələ bu dərəcəyə çatsın. Amma səhər yuxudan dururam ki, yeni bir xəbər yazıblar. Bu insan gör nə qədər azğınlaşıb ki, indi də balalarıma keçib. Mən artıq bilmirəm ki, nə edim. Hüquq dedilər, hüquqa verdik. Susuram, o danışır. Verilişlərə çıxır, atmaca söz atır. Cavab vermirəm, görürəm ki, bir az da danışır. Ona cavab da verirəm, deyirlər ki, Nazənin xanım da danışdı. Axı nə edim? Mənim şəklimlə onun şəklini yan-yana qoyurlar, ona da pis söz yazırlar, mənə də. Bu, mənə ağır gəlir. Bu insan məhkəmədə uduzub. İnsanlarda şaşqınlıq yaradıb ki, guya mənə deyib ki, 5 dəfə ərdə olmusan, mən də onu məhkəməyə vermişəm. Əsla belə bir şey olmayıb. Onun davası mənimlə yox, yoldaşımladır. Yoldaşımdan əl çəkmir. İndi də mənim balalarımdan əl çəkmir. Bu qadın nə etmək istəyir? İstəyir ki, söz atsın, mənim balalarım da hirslənib, artıq hərəkət etsin? Allahdan hər gün səbir istəyirəm. Bunun yerinə kim olsa, abrına qısılar, danışmaz. Çünki bilir ki, çox biabırçı şeylər olub. Və bunlar da məhkəmədə təsdiq olunub. Mən bu qadının yerinə danışmağa utanıram”.
Nazənin Təranə Qumralın dediyi “O illər öncə Musaya zəng edib ki, gəl birlikdə toya gedək, sən başqa maşında gəl, mən də başqa” sözlərinə də münasibət bildirib: “Musanın ixtiyarı var ki, telefona “Alo” deyə? Musanın ixtiyarı var ki, telefon işlədə? Onun ixtiyarı varmı ki, anasına “Alo” deyə? Sən bunları kimə gəlirsən? Bu böhtanları kimə atırsan? Hansı toy sahibi deyə bilər ki, biz onunla toy danışmışıq? Musa var? Musa yoxdur. O sadəcə maketdir. İndi də mənim balalarımdan əl çəkmir. Mənim dünyasını dəyişmiş, kəndin ağsaqqalı olan atamdan nə istəyir? Bəyəm dini-imanı olan, alnını möhürə qoyan insanı şərləmək düzgündürmü? Bu hansı kitabda var? Hər kəs mənim atamın kim olduğunu araşdırsın, daha sonra onun atasının kim olduğunu soraqlasınlar. Bircə bu qalıb ki, bunu da ortalığa çıxarım.
Bu insana artıq cinayət işi açılıb, deyir ki, onu elə bir həddə çatdıracam ki, oğlu mənim üstümə gəlsin, onu tutdurum. Axı bunlar zaman-zaman olub. Bu qadının 7 ildir ki, davası mənimlə yox, yoldaşımladır. Bunun əri ola-ola mənim yoldaşımdan nə istəyir? Mən danışdıqca bu batacaq. Niyə şərait yaradır ki, mən danışım. O deyir ki, itirəcəyi heç nəyi yoxdur. Çünki yiyəsi yoxdur. Amma mənim itiriləsi çox şeyim var. Baxın, bu sözləri sizin yanınızda dediyimə görə utanıb yerə girirəm. Görün indi biz hansı məsələni müzakirəyə çıxarmışıq. Deyir ki, Nazənin haqqında kitab yazıram. Əri efirdə çıxıb dedi ki, arvadımı başqası ilə tutdum. Televiziyalar da bunu “Santa barbara” serialı kimi çəkdi. İndi də utanmır ki, mənim barəmdə kitab yazır. Mənim alnım açıqdır. Uşaqlarım və nəvələrim...
İfaçı bildirib ki, T.Qumralla olan məhkəməsi yekunlaşıb: “Məhkəmə də başa çatdı. Bu adam 3500 manat təzminat ödəyib. Biri ona sual versin ki, 3500 manatı niyə ödəyib? Normal ailəli qadındırsa, bunun adı mənim yoldaşımla məhkəmələrdə niyə çəkilir? Hazırda onun əmlakına niyə həbs qoyulub? Ölkədən çıxışına niyə qadağa qoyulub? O çıxıb üzr istəməlidir. Niyə? Çünki bu adam saat yarım efirdə mənə, mənim balalarıma nələr dedi. Artıq deyəcəm. Ona sübut da etdim. Ərin ola-ola mənim həyat yoldaşımla hotellərdə nə işin var idi? Bax bunlar indi meydana çıxıb. Sənə bu gün niyə iş kəsilib? Sən bu cür işləri görə-görə çıxıb mənə efirdə şərlər atdın. Bu gün də dayanmırsan. Sus artıq. Mən sənin balalarından danışsam, sən gərək Azərbaycandan qaçasan”.



Xəbəri paylaş

2 2158 dəfə oxunub.

Digər xəbərlər
7-04-2023, 13:07 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___