Mehman Hüseynovun harada saxlanılacağı bilindi - YENİLƏNİB
Tarix: 03-03-2017 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil əlavə edib ki, hökmlə bağlı sənədi əldə etdikdən sonra Suraxanı rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.
*****
12:36
Tanınmış bloqçu Mehman Hüseynov həbs edilib.
Suraxanı rayon Məhkəməsi onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Dövlət ittihamçısı Mehman Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib, məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Xəbəri paylaş
8968 dəfə oxunub.
Digər xəbərlər

28-09-2022, 11:30
Bakıda 17 yaşlı qız zorla ərə verilir - İDDİA - AÇIQLAMA
8-12-2015, 20:23
“Günəşli” yanğını - FOTOLARDA
26-11-2016, 09:33
İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı
28-09-2016, 11:50
Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi
14-07-2016, 16:04
"Sahil" metrosunun yaxınlığında yanğın
31-07-2018, 17:56
Rayonlara gedişhaqları açıqlandı - Siyahı
13-05-2017, 15:38
Kişiyə magik təsir göstərən İKİ TİLSİMLİ SÖZ - BUNU DESƏNİZ...
15-07-2016, 22:36
Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"
29-04-2016, 22:14
Türkiyə: "Rusları dəvət etdik"