Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Velosipedçilərimiz 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir. - (FOTO)
Tarix: 05-07-2015 | Saat: 18:05
Bölmə:Karusel / İdman / M2 / Müsahibə / Gənclərimiz | çapa göndər

Velosipedçilərimiz 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir.  - (FOTO)


Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” bu gün Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir.


Xeberaz.az məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - o, finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstərib.

Sabah iştirakçılar Duobadan Datonqa qədər olan 188 km məsafəni qət etməlidirlər. "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.





Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___